UEFA Millətlər Liqasının finalının ən yaxşı oyunçusu bəlli oldu

10:34 - 9 İyun 2025

Millətlər Liqasının finalında İspaniyanı penaltilər seriyasında məğlub edən Portuqaliya kubokun sahibi olub.

Sportal.az xəbər verir ki, həlledici matçın ən yaxşı futbolçusunun adı da açıqlanıb.

Mükafatı Portuqaliya millisinin müdafiəçisi Nuno Mendes qazanıb. Gənc futbolçu 120 dəqiqədə 1 qol vurub. 

Qeyd edək ki, Mendes hazırda PSJ-nin üzvüdür. 

Xəbər xətti