"Real" kamerunlunun keçidini həll etməyə çalışır

14:22 - 9 İyun 2025

“Real” “Napoli”nin yarımmüdafiəçisi Andre-Frank Zambo Anqissanı transfer etməyi planlaşdırır.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, Madrid təmsilçisi 29 yaşlı futbolçu üçün artıq hərəkətə keçib.

“Kral klubu” kamerunlunun keçidini bu yay reallaşdırmaq niyyətindədir. Kamerun millisinin də aparıcı üzvü olan Anqissa “Marsel”, “Fulehm”, “Vilyarreal”də oynadıqdan sonra 2021-ci ildə “Napoli”yə keçib.

Onun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Neapol futbolçusu üçün 30 milyon avro tələb edir.
 

Xəbər xətti