"Araz-Naxçıvan"ın yollarını ayırdığı Vadim Abdullayev Sportal.az saytına açıqlama verib. Onun sözlərinə görə, klubun futbolçuya yeni müqavilə təklif etməməsi özü üçün gözlənilməz olub:
"Araz-Naxçıvan"dan ayrılıq həm özüm, həm də hamı üçün gözlənilməz oldu. Komanda bu mövsüm uğurlu nəticə göstərdi, avrokuboklara vəsiqə qazandı, tarix yazdı. Mən də komandanın kapitanı, həm də bir parçası idim. Üstəlik, bu il millinin heyətində rəsmi görüşə də çıxmışdım. Bunun özü də "Araz-Naxçıvan" üçün önəmlidir. Görünür ki, bütün bunlar azdır, kifayət etmədi və klub müqavilə müddətimi artırmaq istəmədi. Nə deyim? Hamı üçün necə, mənim üçün də gözlənilməz oldu. Komanda Konfrans Liqasına vəsiqə qazandı, mən də komandanın bir parçası oldum. Dizimdən ağır əməliyyat keçirmişdim. Geri qayıtdıqdan sonra biraz çətinlik çəkdim. Düşünürəm ki, həmin zədə klubda mənə qarşı reaksiyaların dəyişməsinə səbəb oldu. Əslində, çox danışmaq olar. Amma mənim üçün "Araz-Naxçıvan" səhifəsi artıq bağlandı. Məni orada görmək istəmədlərsə, deyəcəyim nəsə yoxdur. "Araz-Naxçıvan"dan ayrılığım futbol ictimaiyyəti üçün maraqlı oldu. Sağ olsunlar, çox jurnalist yazdı, maraqlandı, bütün saytlar bu haqda xəbər dərc etdi. Yəqin ki, haqqım, əziyyətim olmasaydı, heç kəs mənə yazmazdı və bu qədər ajiotaj olmazdı. Deməli haqqımı, əziyyətimi görüblər. Nəysə. Artıq irəliyə baxacam".
O, yeni mövsümə hansı klubda başlayacağı ilə bağlı yenilik olmadığını da sözlərinə əlavə edib: "Heç bir klubla danışmamışam. Gözləyirəm. Konkret bir şey yoxdur. Xeyirlisi olsun, görək də".
saytlarin hazirlanmasi