Azərbaycan milli komandasının müdafiəçisi Bəhlul Mustafazadə Macarıstanla yoldaşlıq oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportal.az 28 yaşlı futbolçunun fikirlərini diqqətinizə çatdırır:
- Sabah bizi çətin oyun gözləyir. Rəqib güclü komandadır. Onlara qarşı yaxşı oyun göstərməyə çalışacağıq.
- "Sabah"la kubok matçındakı yorğunluq Latviya ilə oyunda öz təsirini göstərdi?
- Xeyr, heç bir təsir göstərmədi.
- Macarıstanı məğlub etmək nə dərəcədə realdır?
- Məqsədimiz baş məşqçinin tapşırıqlarını yerinə yetirmək qələbə üçün çalışmaqdır. Yaxşı oyunla qalib gəlmək mümkündür.
Elçin Əlixan
saytlarin hazirlanmasi