"Fənərbaxça" rəhbərliyində ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, klubun vitse-prezidenti Acun Ilıcalı istəyi ilə tutduğu postdan istefa verib. Bu barədə funksioner özü məlumat verib.
"Fanatik" nəşri Ilıcalının istefasının səbəbini açıqlayıb. Nəşrin məlumatına görə, "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Acun Ilıcalı ilə birlikdə işləmək istəmədiyini klub prezidenti Ali Koça bildirib. Bundan sonra vitse-prezident istefa verməli olub.
saytlarin hazirlanmasi