Messi Səudiyyə Ərəbistanı klubu ilə danışıq aparır

12:48 - 7 İyul 2025

Lionel Messi "İnter Mayami"ni "Əl-Əhli"yə dəyişə bilər.

Sportal.az "L`Equipe" nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi argentinalı futbolçunu razı salmağa çalışır.

Ərəblər Messi ilə 2025-ci ilin dekabrında, “İnter Mayami” ilə müqaviləsi başa çatdıqdan sonra müqavilə imzalamağı planlaşdırır.

“Əl-Əhli”nin rəsmiləri ilə futbolçu arasında danışıqlar bir neçə həftədir ki, davam edir. Bununla belə, “İnter Mayami” Messini komandada saxlamağa ümid edir.

Xəbər xətti