"Napoli"nin yarımmüdafiəçisi Yens Kayuste karyerasını Türkiyədə davam etdirəcək.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsveç millisinin üzvü "Beşiktaş"la anlaşıb.
İstanbul təmsilçisi 25 yaşlı futbolçusu bir illik icarəyə götürüb. Anlaşmaya əsasən, Yens Superliqada 15 oyun meydana çıxarsa, "Beşiktaş" onu transfer etməli olacaq. "Napoli" isə isveçli üçün 6,5 milyon avro tələb edir.
Kayuste ötən mövsümü icarə əsasında "İpsviç"də keçirib.
O, karyerası ərzində "Örqrite", "Midtüland", "Reyms" klublarının formasını geyinib.
saytlarin hazirlanmasi