Azərbaycan kuboku: 1/8 final mərhələsinin oyun cədvəli açıqlandı

09:18 - 21 Noyabr 2025

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli açıqlanıb. 

Sportal.az xəbər verir ki, altı oyun 3 gün ərzində keçiriləcək.

Matçlar "AzPFL" yutub kanalında və "CBC Sport"da canlı yayımlanacaq. 

2 dekabr (çərşənbə axşamı)

“Şahdağ Qusar” – “Turan Tovuz”
“SOCAR Polymer Arena”, 15:00

“Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu, 19:00

3 dekabr (çərşənbə)

“Şamaxı” – “Baku Sportinq”
Şamaxı şəhər stadionu, 14:00 (canlı / pfl.az)

“İmişli” – “Sabah”
Quba OİK stadionu, 14:00

“Qarabağ” – “Karvan-Yevlax”
“Azersun Arena”, 19:00

4 dekabr (cümə axşamı)

“Qəbələ” – “Şəfa”
Qəbələ şəhər stadionu, 15:00

“Araz-Naxçıvan” – “Kəpəz”
“Liv Bona Dea Arena”, 19:00

“Difai” – “Sumqayıt”
M. H. adına Sumqayıt şəhər stadionu, 19:00 (canlı / pfl.az)

Qeyd 1: “Şahdağ Qusar” klubunun ev oyunlarını keçirdiyi Şamaxı OİK stadionu kubokun 1/8 final mərhələsinin oyunlarını qəbul etmək üçün yararlı olmadığından “Şahdağ Qusar” – “Turan Tovuz“ oyunu “Socar Polymer Arena”da baş tutacaq.

Qeyd 2: Ağsu şəhər stadionu 1/8 final mərhələsinin oyunlarını qəbul etməyə hazır olmadığı üçün “Difai” – “Sumqayıt” oyunu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Qeyd 3: Azərbaycan Premyer Liqasının iştirakçılarının bir-biri ilə oynadığı görüşlərdə VAR sistemi tətbiq olunacaq.

Xəbər xətti