Kipr çempionu "Pafos" baş məşqçi postuna Albert Seladesi təyin edib.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onunla müqavilə müddəti 2027-ci il iyunun 30-na qədər davam edəcək.
Mövsümün ilk hissəsində komandaya rəhbərlik etmiş Xuan Karlos Karsedo daha əvvəl "Spartak"a (Moskva) keçib.
Selades isə "Pafos"dan əvvəl "Valensiya"nı çalışdırıb.
İspan futbolçu kimi "Real”(Madrid) və "Barselona"da oynayıb. Keçmiş yarımmüdafiəçisi hər iki klubda ümumilikdə 101 oyun keçirib.
Əlavə edək ki, "Pafos" Çempionlar Liqasında 6 turdan sonra 6 xalla 26-cı pillədədir.

