"Güclü rəqiblə görüşməyə ehtiyac duymadıq" - "Araz-Naxçıvan"ın baş məşqçisi

19:59 - 10 Yanvar 2026

"Araz-Naxçıvan" bu gün yoxlama oyununda klubun əvəzedici komandasını 7:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, "qırmızı-ağlar"ın baş məşqçisi Andrey Demçenko matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib:

"Əvəzedici komandaya təşəkkür edirəm, çünki onlar yeni yığılıblar və tam hazır olmasalar da, bu oyununun keçirilməsinə razılaşdılar. Oyun bizim üçün vacib idi. Yeni komandayıq, yeni toplaşmışıq. Ona görə də güclü rəqiblə görüşməyə ehtiyac duymadıq. Çalışdıq düşündüklərimizi meydanda tətbiq edək. Belə görüşlərdə hesaba aldanmaq olmaz. Hələ düzəltməli olduğumuz məqamlar var. Bunu gördük və üzərində işləyəcəyik. Müsbət dinamika da gördüm. Vaxtımız var, tədricən istədiyimizə nail olacağıq.

Zədəli futbolçularımız var, onların yoxluğu da müəyyən problemlər yaradır. Ancaq futbolçu həyatını zədəsiz təsəvvür etmək olmaz. Onların düzgün bərpa olunmağı və mümkün qədər tez vaxtda komandaya qoşulmağı lazımdı".

Xəbər xətti