"Kəpəz" gürcü müdafiəçi transfer etdi - SON DƏQİQƏ

16:54 - 10 Yanvar 2026

“Turan Tovuz”dan Veysəl Rzayevi heyətinə qatan “Kəpəz” növbəti transfer əməliyyatını həyata keçirib.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Gəncə klubu bu dəfə qonşu ölkəyə üz tutub.

Mate Abuladze artıq buradadır. Nizami yurdunun təmsilçisi Gürcüstandan olan 25 yaşlı mərkəz müdafiəçisi ilə 1,5 illik müqavilə imzalayıb.

“Transfermarkt” portalının dəyərini 200 min avro olaraq qiymətləndirdiyi Abuladze son həftələrə kimi “Samqurali”də çıxış edib. O, Azərbaycana gəlmək üçün bu klubla kontraktını vaxtından əvvəl pozub.

Abuladze “Samqurali”nin heyətində ümumilikdə 118 rəsmi oyunda meydanda olub, 6 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Kutaisi “Torpedo”sunun yetirməsi bir müddət “Samtredia”da da oynayıb.

Xəbər xətti