Argentina millisinin müdafiəçisi "Yuventus"un hədəfində

13:53 - 10 Yanvar 2026

"Bornmut"un müdafiəçisi Markos Senesi karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Yuventus" argentinalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Nikolo Şira məlumat yayıb.

Senesinin "Bornmut"la 6 aylıq müqaviləsi qaldığı üçün başqa klublarla danışıq apara bilər. 28 yaşlı mərkəz müdafiəçisinin meneceri yaxın vaxtlarda Turinə gedərək "Yuventus"la sözləşmə şərtlərini müzakirə edəcək.

Qeyd edək ki, "Bornmut" Markos Senesini 2022-ci ilin yayında "Feyenoord"dan transfer edib. Argentina millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 4 qol ötürməsi edib.

Xəbər xətti