"Çempionatın startına kimi komanda istədiyimiz səviyyəyə çatacaq" - Azər Bağırov

17:16 - 10 Yanvar 2026

"Kəpəz" bu gün yoxlama oyununda "Qəbələ"yə 1:3 hesabı ilə uduzub.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib:

"Mənim üçün maraqlı oyun alındı. Futbolçular yaxşı mübarizə apardılar. Baxmayaraq ki, səfərə gələn kimi oyuna çıxdıq. Akademiyadan da 5 oyunçunu yoxlamaq imkanımız oldu. Yaxşı təsir bağışladılar. İnanıram ki, gələcəkdə onlardan da əsas komandaya namizədlər olacaq. Veysəl Rzayev də ilk oyununa çıxdı və yaxşı təsir bağışladı. Bəli, çatışmazlıqlar var, komanda uyğunlaşmalıdır. İki hissəli oyunda ilk onbirliyimizi meydana buraxmadıq. Fərqli hissələrdə təzyiq altında oynamalarını istədim. Əsas odur ki, zədəsiz, itkisiz matçı başa vurduq. Bir həftədir ki, məşqlərə başlamışıq. İnanıram ki, çempionatın startına kimi komanda istədiyimiz səviyyəyə çatacaq".

Xəbər xətti