Klublarımız "Zirə"dən ayrılan futbolçunu istəmədi, bu ölkəyə yollandı

13:22 - 11 Yanvar 2026

“Zirə”dən ayrıldıqdan sonra işsiz qalmış Pyer Zebli özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Küveytə yollanıb.

Fil dişi sahilindən olan futbolçu “Əl-Tadamun”la anlaşıb. O, 2026-cı il mayın 27-nə qədər Küveyt klubunda oynayacaq. Qeyd edək ki, Zeblinin bu qış fasiləsində Azərbaycan klublarına təklif edildiyi, amma ona marağın olmadığı iddia olunurdu.

Zebli karyerası ərzində “Peruca”, “Genk”, “Askoli”, “Kattolika”, “Tsarsko Selo”, “Lokomotiv”(Plovdiv) klublarında oynamışdı.

Mirbağırağa

Xəbər xətti