"Fənərbaxça"da ciddi itki - 6 həftəlik sıradan çıxdı

22:07 - 11 Yanvar 2026

Dünən Türkiyə Superkubokunun final matçı çərçivəsində keçirilən "Qalatasaray" - "Fənərbaxça" (0:2) qarşılaşmasında zədələnən Levent Mercanın durumuna aydınlıq gəlib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, sağ ayağının arxa əzələsində yırtıq aşkarlanan "Fənərbaxça"nın futbolçusunun 6 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. 

Qeyd edək ki, Levent bu mövsüm “Fənərbaxça”nın heyətində 15 oyunda 5 asistlə yadda qalıb. 

Xəbər xətti