Milli komandanın baş məşqçisi açıqlandı

13:36 - 6 Mart 2026

Mərakeş milli komandasının yeni baş məşqçisi bəlli olub.

Sportal.az yerli federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, afrikalılar Məhəmməd Uahbi ilə anlaşıb.

Artıq tərəflər arasında rəsmi müqavilə imzalanıb.

49 yaşlı məşqçi daha əvvəl Mərakeşin gənclərdən ibarət yığma komandalarını çalışdırıb.

Qeyd edək ki, Mərakeş yığma komandası DÇ-2026-da iştirak edəcək. 

Mərakeşin U-20, U-23 yığmalarında, həmçinin "Anderlext"in əsas komandasında köməkçi məşqçi və əvəzedici heyətin çalışdırıcısı kimi işləyib.

Xəbər xətti