"Roma" və Argentina milli komandasının yarımmüdafiəçisi Paulo Dibala əməliyyat olunub.
Sportal.az xəbər verir ki, o, 25 yanvardan etibarən dizində iltihab səbəbindən oynaya bilmirdi. "Calciomercato"nun yazdığına görə, bir aydan artıq konservativ müalicə heç bir nəticə verməyib.
Dibala dünən “Roma”nın qrup məşqində iştirak edib, amma təxminən on dəqiqə sonra sol dizində yenidən ağrı hiss edib.
Bu gün futbolçu əməliyyat olunub. Müayinə zamanı xarici meniskin yırtığı aşkarlanıb və əməliyyat olunub. Dibala ən azı 45 gün oyunlardan kənarda qalacaq. Bu səbəbdən mövsüm onun üçün demək olar ki, başa çatıb. Futbolçu indi reabilitasiya proqramına başlayacaq.
saytlarin hazirlanmasi
