"Real"ın sabiq müdafiəçisi Marselo karyerasında "Barselona"ya qarşı oynadığı ən yaxşı “El Klassiko” matçlarından danışıb.
Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi öz açıqlamasında maraqlı faktlara toxunub:
“İki anı seçərdim. Birincisi 2011-ci ildə Çempionlar Liqası yarımfinalının cavab oyununda "Kamp Nou" stadionunda vurduğum qol. Bu bir qədər acı-şirin xatirədir, çünki biz həmin qarşılaşmada qalib gələ bilmədik.
İkincisi isə elə həmin mövsümdə baş verdi "Copa del Rey" finalı. Həmin oyunda biz əlavə vaxtda Kriştiano Ronaldonun qolu sayəsində qalib gəldik. Pep Qvardiola dövründə “Barselona”nın dominant olduğu bir vaxtda o Kuboku qazanmaq bizim üçün böyük rahatlıq və soyunub-geyinmə otağında böyük qürur səbəbi idi”, – deyə Marselo bildirib.
Braziliyalı futbolçu “Barselona”ya qarşı ən çətin matçından da danışıb.
“2010/11 mövsümündə “Kamp Nou”da 0:5 hesabı ilə məğlub olduğumuz oyun. “Barselona” bizə əsl futbol dərsi keçdi. Oyuna o qədər də pis başlamamışdıq, amma qollar ard-arda gəlməyə başladı və acizlik hissi getdikcə artırdı.
Bu çox ağır ‘El Klassiko’ idi, çünki oyuna qayıtmaq üçün real şansımız olmadı. Hesab 0:4 olanda və oyunun bitməsinə 10 dəqiqə qalanda hamımız artıq sadəcə paltardəyişmə otağına getmək istəyirdik, çünki geri dönüş mümkün deyildi”, – deyə Marselo əlavə edib.
saytlarin hazirlanmasi
