Sabiq "Yuventus" və "Real"ın baş məşqçisi Fabio Kapello Massimiliano Alleqrinin "Milan"dakı fəaliyyətini qiymətləndirib.
Sportal.az xəbər verir ki, Kapello "MilanNews24" kanalının "Milan Vibes" proqramında bunları qeyd edib:
“Alleqrinin gördüyü iş göstərir ki, o hələ də ən yaxşı məşqçilərdən biridir, mükəmməl bir məşqçidir və ‘işdən düşmüş pilot’ deyil.
O, hansı materialla işlədiyini yaxşı anlayır, oyunçularının dəyərini bilir. Bir çox gənc məşqçilər bunu bacarmırlar: heyətdən maksimumu çıxara bilmirlər və sadəcə başqalarını kopyalayırlar."
Hazırda "Milan" Seriya A-da 27 oyundan sonra 10 xalla "Inter"dən geri qalaraq ikinci yerdə qərarlaşıb.
saytlarin hazirlanmasi
