Bolqarıstan çempionatının 25-ci turunda bir sıra oyunlar baş tutub.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynovun yer aldığı “Arda” səfərdə “Botev”in qonağı olub.
Bu görüşdə Hüseynovun komandası rəqibinə 1:0 uduzub.
Cəlal meydana start heyətində çıxıb və sona qədər oynayıb. “Arda” hazırda 32 xalla 8-ci yerdədir.
