"Napoli" "Mançester Yunayted"ə 44 milyon avro ödəyəcək

20:20 - 5 May 2026

"Napoli" "Mançester Yunayted"dən icarəyə götürdüyü Rasmus Hoylunnla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi danimarkalı hücumçunun transfer hüquqlarına yiyələnəcək. Bu barədə klubun idman direktoru Covanni Manna məlumat yayıb.

"Napoli" Hoylunn üçün 44 milyon avroluq satınalma bəndini işlə salacaq. Bundan sonra 23 yaşlı forvardla uzunmüddətli müqavilə imzalanacaq.

Qeyd edək ki, "Napoli" Rasmus Hoylunnu mövsümün əvvəlində icarəyə götürüb. Danimarka millisinin üzvü Neapol təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 14 qqol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti