"Aston Villa" Markus Reşford uğrunda mübarizə aparacaq.
Sportal.az xəbər verir ki, hücumçu hazırda "Barselona"da icarə əsasında çıxış edir və Kataloniya klubu hələ onu "Mançester Yunayted"dən birdəfəlik transfer edib-etməyəcəyinə qərar verməyib.
Kataloniya klubu ingilis futbolçu üçün 30 milyon avro ödəmək istəmir və onu başqa şərtlərlə komandada saxlamağın yollarını araşdırır. Bununla yanaşı, klub bilir ki, “Aston Villa”nın baş məşqçisi Unai Emeri Reşfordu heyətində görmək istəyir.
Markus 2024/25 mövsümünün ikinci yarısında Birmingem klubunda çıxış edib. Hazırda isə o, “Kamp Nou”da qalmağa üstünlük verir.
saytlarin hazirlanmasi
