Vinisius Mourinyonun "Real"a qayıtmasına qarşıdır?

00:45 - 16 May 2026

Vinísius Junior Joze Mourinyonun "Real"a qayıtmasına qarşı olmayacaq. Daha əvvəl xəbər verilmişdi ki, hazırda "Benfika"nı çalışdıran portuqaliyalı mütəxəssis yaxın zamanda Madrid klubunun baş məşqçisi ola bilər.

Sportal.az "The Athletic"ə istinadən xəbər verir ki, vinger Mourinyonun rəhbərliyi altında oynamaqda problem görmür.

Vinisius ilə “Benfika”nın yarımmüdafiəçisi Cianluca Prestianni arasında baş vermiş irqçilik qalmaqalından sonra Mourinyo demişdi ki, “Real” oyunçusunun harada oynamağından asılı olmayaraq daim problemləri yaranır. O, həmçinin Juniorun qol sevincini də tənqid etmişdi.

Xəbər xətti