FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandası ötən ayla müqayisədə 1 pillə geriləyib.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv hazırda 127-ci pillədədir. Yığmamızın aktivində 1138,96 xal var.
Azərbaycan millisi sentyabr və oktyabrda 4 oyun keçirib. Komanda yoldaşlıq oyununda Tacikistana qalib gəlib, UEFA Millətlər Liqasında Litva ilə 1 dəfə heç-heçə edib, 1 dəfə qələbə qazanıb, həmçinin, Lixtenşteynlə də bərabərliyə razılaşıb.
Qeyd edək ki, FIFA reytinqinə son dünya çempionu İspaniya 2011,57 xalla başçılıq edir. Argentina (1972,80) ikinci, Fransa (1958,86) üçüncü yerdədir.
saytlarin hazirlanmasi
