Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, hamısına qapını göstərəcəklər - istefa təxirə salındı?

17:16 - 7 Oktyabr 2026

Bu gün "Turan Tovuz" klubunda İdarə Heyətinin iclası keçirilməli idi. Lakin görüş qeyri-müəyyən səbəblər üzündən baş tutmayıb. 

Bu o deməkdir ki, klubun himayədarı Ehtiram Quliyevin istefası təxirə salınıb. Çünki bugünkü iclasda onun klubdakı fəaliyyətindən ayrılması gözlənilirdi. 

Belə görünür ki, Ehtiram Quliyev qərarsızdır. Bəlkə də yaxın ətrafı onu bu fikrindən daşındırmağa çalışır. Çünki başa düşürlər ki, Quliyev klubdan getsə, hamısına qapını göstərəcəklər. Vəzifəsini itirməyi kim istəyər ki... 

Amma bu hələ Ehtiram Quliyevin "Turan Tovuz"da qalacağı anlamına gəlmir. Bir neçə ildə yatırımlar etsə də, klubda peşəkar idarəetmə strukturu qura bilməyib. Hələ də "Turan Tovuz"da kimin konkret nə işlə məşğul olmasını müəyyənləşdirmək çətindir. Məhz bunun nəticəsidir ki, "Fənərbaxça" ilə yoldaşlıq oyunu biabırçı təşkilatçılıqla yadda qalıb.
 
Qeyd edək ki, Ehtiram Quliyev bu mövsüm "Turan Tovuz"un ölkə çempionluğunu hədəflədiyini açıqlayıb. Mövsümün arxada qalan hissəsi onun bu sözlərinə şübhə ilə yanaşmağa zəmin yaradıb.

Sportal.az

Xəbər xətti