Region təmsilçisini himayəyə götürəcəklər - yeni xəbər

13:59 - 2 Noyabr 2026

"Mingəçevir"in maliyyə problemi təzliklə həll olunacaq.

Sportal.az "sportinfo.az"a istinadən xəbər verir ki, Futbolun İnkişaf Fondu (FİF) hazırda probemlin həlli ilə məşğuldur. FİF bir neçə şirkətin rəhbərliyi ilə bu istiqamətdə görüşlər keçirib və müsbət siqnallar alıb.

Xoş haldır ki, hazırda danışıqlar intensiv gedir. Yaxın günlərdə rəsmi xəbər də veriləcək.

"Mingəçevir" 2025-ci ilin yanvarından dekabrına qədər Adnan Əhmədzadənin kurasiyasında olub. İş adamına aid ASTA "işıqçılar"ın maliyyə təminatını öz üzərinə götürüb.

Əhmədzadənin həbsindən az sonra maddi problemlər baş qaldırıb. Belədə adıçəkilən biznesmenə yaxınlığı ilə bilinən şəxs sinəsini irəli verib.

Bu ilin yayında isə rəhbərlik növbəti dəfə əl dəyişib.

Rusiyada fəaliyyət göstərən azərbaycanlı şirkət sahiblərindən biri klubun bütün çətinliklərini aradan qaldıracağını vəd eləyib, di gəl, sözünü tutmayıb.

Ötən mövsümdən yığılıb qalan 200 min manata yaxın borcu bağlamayıb. Odur ki, yaxınlarda tərəfdaşlıq bitib.

Belə vəziyyətdə AFFA konkret addım atıb. Öhdəliklərini yerinə yetirməyən klubun yardım paketi kəsilib.

Artıq 2 aydır ki, həmin vəsaitin ödənilməsi dayandırılıb. Həmin məbləğin bərpası yeni sponsorun gəlişindən asılıdır.

Xəbər xətti