"Sabah"ın rəqibinin heyətində ciddi itkilər

18:13 - 2 Noyabr 2026

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Sabah"ın rəqiblərindən olan "Napoli" ciddi itkilərlə üzləşib.

Sportal.az xəbər verir ki, Neapol təmsilçisinin müdafiəçiləri Matias Olivera və Covanni Di Lorentso sıradan çıxıb.

Hər iki cinah müdafiəçisi İtaliya A Seriyasının X turunun "Yuventus"la matçında (0:2) zədələnib. Onların yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil. Eyni qarşılamada yarımmüdafiəçi Kevin De Bruyne də zədə səbəbindən meydanı vaxtından əvvəl tərk edib.

Qeyd edək ki, "Sabah"ın "Napoli" ilə oyunu 2027-ci ilin 20 yanvar tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq.

Xəbər xətti