"Qarabağ"ın kapitanı millimizin oyununu izləyir - FOTO

16:10 - 26 Mart 2024

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avro-2025-in seçmə mərhələsi çərçivəsində Bakıda Ukrayna yığmasını qəbul edir.

Sportal.az xəbər verir ki, qarşılaşma "Qarabağ"ın ev oyunlarını keçirdiyi "Azersun Arena"da keçirilir.

Millimizin matçından öncə ehtiyat meydançada Ağdam təmsilçisinin məşqçi baş tutub. Məşq bitdikdən sonra "Qarabağ"ın kapitanı Maksim Medvedev çəkiliş üçün nəzərdə tutulan qüllədən Azərbaycan - Ukrayna görüşünü izləyir.


Xəbər xətti