"Qalatasaray"ın müdafiəçisi üçün 25 milyon avroluq təklif

16:46 - 26 Mart 2024

"Qalatasaray"ın müdafiəçisi Viktor Nelsson karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, son ölkə çempionu "Napoli" danimarkalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

Neapol təmsilçisi 25 yaşlı mərkəz müdafiəçisinin müqaviləsində yer alan 25 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Qeyd edək ki, "Qalatasaray" Viktor Nelssonu 2021-ci ilin yayında "Kopenhagen"dən transfer edib. Danimarka millisinin üzvü bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 38 rəsmi matçda 2 qol vurub. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər xətti