Federasiyanın sabiq prezidentinə ömürlük həbs cəzası verildi

16:59 - 26 Mart 2024

Çin Futbol Federasiyasının sabiq prezidenti Çen Xuyuan həbs olunub.

Sportal.az xəbər verir ki, federasiyanın sabiq rəhbəri rüşvət almaqda ittiham olunub. Bu barədə yerli mətbuat məlumat yayıb.

Məhkəmə ona ömürlük azadlıqdan məhrumetmə cəzası verib. Xuyuanın müqavilələr, yatırımlar, tədbirlərin təşkil olunması üçün pul və qiymətli əşyalar aldığı sübuta yetirilib. Onun ümumilikdə 11 milyon dollar rüşvət aldığı məlum olub. 

Qeyd edək ki, Çen Xuyuan 2019-2023-cü illərdə Çin Futbol Federasiyasının prezidenti olub.

Xəbər xətti