"Çelsi"nin futbolçusu üçün mövsüm erkən bitdi

17:31 - 27 Mart 2024

"Çelsi"nin futbolçusu Romeo Lavia üçün mövsüm erkən bitib.

Sportal.az xəbər verir ki, sağalma prosesində olan belçikalı yarımmüdafiəçinin zədəsi gözləniləndən uzun çəkəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı ortya xətt oyunçusu mövsümün qalkan hissəsində komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Çelsi" Romeo Lavianı 2023-cü ilin yayında "Sauthempton"dan 62nmilyon avroya transfer edib. Gənc futbolçu ötən ilin dekabr ayında "Kristal Pelas"la oyunda budundan ciddi zədə alıb. Belçika millisinin üzvü "Çelsi"nin heyətində 1 rəsmi matçda cəmi 32 dəqiqə meydanda olub.

Xəbər xətti