Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi

18:25 - 27 Mart 2024

Zaqreb “Dinamo”sunun futbolçuları EFDN (İnkişaf Naminə Avropa Şəbəkəsi) təşkilatının həyata keçirdiyi “İrqçiliyə Qırmızı Kartı göstər” beynəlxalq kampaniyasına dəstək veriblər.

Sportal.az xəbər verir ki, bu barədə Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb. Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli də kampaniyaya qoşulub.

Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin fevral ayından "Dinamo"da çıxış edir. 26 yaşlı forvard bu mövsüm komandanın heyətində meydana çıxdığı 22 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti