"Milan" 18 yaşlı üçün 20 milyon ödəməli olacaq

14:17 - 28 Mart 2024

"Milan" "Boka Xuniors"un müdafiəçisini transfer edə bilər.

Sportal.az “pianetamilan.it” portalına istinadən xəbər verir ki, "rossonyerlər" Argentina klubunun müdafiəçisi Aaron Anselminonu transfer etməyə yaxındır.

Danışıqların nəticəsi futbolçunun özünün istəyindən asılı olacaq. Argentina klubu Anselmino üçün təxminən 20 milyon avro almaq istəyir.

18 yaşlı mərkəz müdafiəçinin “Boka Xuniors”la müqaviləsi 2028-ci il dekabrın 31-nə qədərdir.

Xəbər xətti