Autsayder "Mingəçevir"i darmadağın etdi - VİDEO

22:18 - 28 Mart 2024

Futbol üzrə Azərbaycan I Liqasında XIX turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Araz Saatlı" doğma meydanda "Mingəçevir"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

"Araz Saatlı" qələbəyə baxmayaraq, 7 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. 21 xalı olan "Mingəçevir" isə 8-ci yerdədir.

"Araz Saatlı" - "Mingəçevir" 4:0
Qollar:
 Sequn Omotoşo, 37, Ravil Yusifli, 42, Həmzə Əliyev, 85, Elnur Mustafazadə, 90

Xəbər xətti