"Arsenal" "Fənərbaxça"nın futbolçusu ilə maraqlanır

16:43 - 18 Aprel 2024

"Fənərbaxça"nın futbolçusu Fərdi Kadıoğlu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 24 yaşlı sol cinah müdafiəçisinin xidmətində "Arsenal" maraqlıdır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

London təmsilçisi mövsüm başa çatdıqdan sonra "Fənərbaxça"ya rəsmi təklif göndərəcək. Türkiyə klubu oyunçusunu 25 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.

Qeyd edək ki, "Fənərbaxça" Fərdi Kadıoğlunu 2018-ci ilin yayında "Niymegen"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm İnstanbul təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti