Əzəli rəqiblər "Liverpul"un müdafiəçisi üçün mübarizə aparır

13:59 - 27 Aprel 2024

"Liverpul"un müdafiəçisi Joel Matip mövsümün sonunda komandadan ayrılacaq.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 32 yaşlı futbolçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzatmayacaq.

Kamerunlu mərkəz müdafiəçisi karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Bu barədə "Corriere della Sera" nəşri məlumat yayıb.

"Roma" və "Latsio" təcrüəbli arxa xətt oyunçusunu heyətinə qatmaq üçün mübarizə aparır.

Qeyd edək ki, "Liverpul" Joel Matipi 2016-cı ilin yayında "Şakle"dən transfer edib. O, cari mövsümdə Mersisayd təmsilçisinin heyətində 14 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti