"Fənərbaxça"nın 3 futbolçusu derbidə iştirak etməyəcək

15:50 - 27 Aprel 2024

"Fənərbaxça" Türkiyə Super Liqasının 34-cü turu çərçivəsində doğma meydanda "Beşiktaş"ı qəbul edəcək.

Sportal.az xəbər verir ki, "sarı-lacivərtlilər" İstanbul derbisinə ciddi itkilərlə çıxacaq.

Mərkəz müdafiəçiləri Serdar Aziz, Leonardo Bonuççi və yarımmüdafiəçi Miha Zayts zədəlidir. Hər üç oyunçunun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, "Fənərbaxça" - "Beşiktaş" qarşılaşması bu gün Bakı vaxtilə saat 20:00-da start götürəcək.

Xəbər xətti