"Neftçi"nin 3 futbolçusu "Turan Tovuz"a qarşı oynamayacaq

21:55 - 27 Aprel 2024

"Neftçi" Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində doğma meydanda "Turan Tovuz"u qəbul edəcək.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.

Belə ki, bərpa prosesi keçən Emil Balayevlə yanaşı cəzalı olduqlarına görə Mark Tamaş və Yeqor Boqomolski matçı buraxmalı olacaq.

Qeyd edək ki, "Neftçi" - "Turan Tovuz" qarşılaşması sabah saat 17:45-də "Neftçi Arena"da baş tutacaq.

Xəbər xətti