"Araz-Naxçıvan" yaxın vaxtlarda sıralarını yeni yarımmüdafiəçi ilə gücləndirə bilər.
Sportal.az xəbər verir ki, Naxçıvan təmsilçisi “Farul”un futbolçusu İonut Vineni heyətinə qatmağı planlaşdırır.
30 yaşlı dayaq yarımmüdafiəçi "Universitatye" (Kluj) və "Dinamo" (Buxarest) klublarının da diqqət mərkəzindədir. Hazırda azad agent olan Vinenin hansı qərarı verəcəyi hələlik məlum deyil.
Xatırladaq ki, “Araz-Naxçıvan” başa çatan mövsümü 3-cü pillədə başa vuraraq, yeni mövsüm Konfrans Liqasında oynamağa haqq qazanıb.