"Roma"dan 30 milyon avro tələb edirlər

18:54 - 7 İyul 2025

"Palmeyras"ın futbolçusu Riçard Rios karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Roma" kolumbiyalı yarımmüdafiəçini transfer etməyə çalışır. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

Paytaxt təmsilçisinin baş məşqçisi Can Pyero Qasperini Riosu komandasında görmək istəyir. "Roma" artıq "Palmeyras"la danışıqlara başlayıb. Braziliya klubu 25 yaşlı orta xətt oyunçusu üçün 30 milyon avro tələb edir.

Qeyd edək ki, "Palmeyras" Riçard Riosu 2023-cü ilin mart ayında "Quarani"dən transfer edib. Kolumbiya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti