Rövşən Nəcəf Pakistan Futbol Federasiyasının prezidenti ilə görüşdü - FOTOLAR

22:06 - 7 İyul 2025

AFFA prezidenti Rövşən Nəcəflə Pakistan Futbol Federasiyasının prezidenti Sayed Mohsen Gilani arasında görüş keçirilib.

Sportal.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

Görüş zamanı AFFA və PFF arasında qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Tərəflər bu əməkdaşlığın gələcəkdə hər iki ölkədə futbolun inkişafına fayda verəcəyinə əminliklərini ifadə ediblər.

Görüşdə AFFA-nın icraçı-vitse prezidenti Sərxan Hacıyev və baş katibi Cahangir Fərəcullayev də iştirak ediblər.


Xəbər xətti