Mbappe PSJ üçün etdiyi şikayətini geri götürdü

23:19 - 7 İyul 2025

Daha əvvəl xəbər verdiyimiz kimi, PSJ-nin sabiq hücumçusu, ötən yay "Real"a keçən Mbappe klubun ona psixoloji təzyiq göstərdiyini və 2023-cü ildə yeni müqavilə imzalamağa məcbur etdiyini bildirmişdi. Həmin dövrdə futbolçu əsas komandadan müvəqqəti uzaqlaşdırılmışdı. Bu şikayət iyunun sonunda araşdırmaya səbəb olmuşdu.

Sportal.az xəbər verir ki, "L’Equipe"in məlumatına görə, Kilian Mbappe PSJ klubuna qarşı psixoloji təzyiqlə bağlı şikayətini geri götürüb.

Bununla yanaşı, PSJ-nin futbolçuya 55 milyon avro borcu ilə bağlı məhkəmə prosesi hələ də davam edir.

Mbappe və onun ətrafının məqsədi hüquqi məsələləri tez bir zamanda həll etmək və futbolçunun tam şəkildə oyuna fokuslanmasını təmin etməkdir.

Xəbər xətti