Xəbər verdiyimiz kimi, klublararası dünya çempionatının 1/4 final mərhələsində PSJnin "Bavariya" üzərində 2:0 hesabı ilə qalib gəldiyi matçda Camal Musiala cərimə meydanında Canluici Donnarumma ilə toqquşub və sol ayağı qeyri-təbii şəkildə burulub.
Sportal.az xəbər verir ki, o, stadiondan dərhal xəstəxanaya aparılıb və nəticədə baldır sümüyündə sınıq diaqnozu qoyulub.
Klubun yaydığı məlumata görə, Musiala bu gün uğurlu əməliyyat keçirib və sabahdan etibarən bərpa prosesinə başlayacaq.
Onun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
saytlarin hazirlanmasi