"Milan"ın futbolçusu: "Baş məşqçimiz sağlam rəqabət yaradıb"

17:22 - 2 Avqust 2025

"Milan"ın yarımmüdafiəçisi Ruben Loftus-Çik komandanın yeni sistemi haqqında danışıb və baş məşqçi Massimiliano Alleqrinin iş üsulları mövzusuna da toxunub.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingilis futbolçu italiyalı mütəxəssis barədə də xoş fikirlər səsləndirib:

"Hər şey yaxşıdır, inkişaf edirik, irəliləyirik. Əlbəttə ki, üslubu avtomatizmə gətirmək üçün vaxt lazımdır, lakin düşüncələr pozitivdir. Alleqri sağlam rəqabət yaradıb. Hamı hiss edir ki, məşq edib yaxşı oynasa, əsas heyətdə yerini qazana bilər. Bu, çox həvəsləndiricidir. Alleqri əla məşqçi və düzgün atmosfer yaratmağı bilən heyrətamiz insandır. Komandanı möhtəşəm edən də budur".


 

Xəbər xətti