"Qarabağ"dan yenilik: Rəsmi onlayn fanşop açıldı

18:22 - 2 Avqust 2025

"Qarabağ" daha bir yeniliyə imza atıb.

Sportal.az xəbər verir ki, Ağdam klubunun rəsmi onlayn fanşopu istifadəyə verilib.

"Köhlən atlar"ın azarkeşləri qarabagh.shop saytına daxil olaraq klubun formalarını və digər məhsulları sifariş edə bilərlər.

Forma alındıqdan sonrakı 1-3 gün ərzində müştəriyə çatdırılır.

Xəbər xətti