"Hazırlığımıza iyulun 21-dən başlamışıq. Artıq ilk yoxlama görüşü də keçirmişik. Avqustun 20-nə qədər Bakıda hazırlığımız davam edəcək, 28-ə kimi isə Qəbələdə toplanışımız olacaq".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli deyib.
Birinci Liqada çempionluğa iddialı klublardan olacağı ehtimal edilən “Şəfa”nın əsas rəqibi yəqin ki, “Səbail” olacaq. Kərəmli öz növbəsində məsələ haqda bu cür danışıb:
"Bizim tək rəqibimiz "Səbail" deyil. "Ordu" da çempionluğa iddialı heyət formalaşdırıb. Digər rəqiblərin də heyətlərində nəzər yetirəndə, çempionatın asan keçməyəcəyini görmək olur. İldən-ilə liqaların səviyyəsi artır. Komandaya legioner futbolçuların cəlb olunmamasına gəlincə, klub rəhbərliyi yalnız yerli futbolçulara güvənməyi özünə yol seçib. İnanmıram ki, yaxın bir neçə il ərzində “Şəfa”da legioner futbolçu görəsiz. Bəli, hədəf Premyer Liqaya vəsiqə qazanmaqdır. “Şəfa”dan dəvət gələndə rəhbərliyin də bu iddiada olduğunu görərək, təklifi qəbul etmişdim. Hər bir məşqcinin arzusudur ki, Premyer Liqa klubunu çalışdırsın. Çox inaniram ki, bu istəyimizə nail olacağıq".
Mirbağırağa
saytlarin hazirlanmasi