"Udineze" Polşa millisinin yaşlı yarımmüdafiəçisi Yakub Petrovskini transfer edib.
Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu Bolqarıstanın "Ludoqorets" klubundan İtaliya təmsilçisinə keçib və onunla 2029-cu ilə qədər müqavilə imzalanıb.
İnsayder Nikolo Skiranın məlumatına görə, transferin məbləği 3 milyon avro təşkil edib.
Petrovski "Ludoqorets"də keçirdiyi 3 mövsüm ərzində 142 oyuna çıxaraq 26 qol vurub və 21 qol ötürməsi edib.
saytlarin hazirlanmasi