"Mançester Yunayted" "Barselona"nın futbolçusunu transfer etmək istəyir

23:21 - 2 Avqust 2025

"Mançester Yunayted" Fermin Lopesi transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, "Diario Sport"un məlumatına görə, İngiltərə klubu "Barselona"ya 22 yaşlı yarımmüdafiəçi üçün 70 milyon avrodan çox təklif etməyə hazırdır. Hələlik konkret addımlar atılmasa da, bütün tərəflər vəziyyətdən xəbərdardır və yaxın həftələrdə prosesin inkişafı gözlənilir.

Kataloniya klubunda Ferminin satılıb-satılmaması ilə bağlı fikir ayrılığı var, lakin ümumilikdə böyük təkliflərin nəzərdən keçirilməsi ideyası mövcuddur və 70 milyonluq təklif də bu kateqoriyaya daxildir.

Yay transfer dönəminin əvvəlində Ferminlə "Arsenal", "Çelsi" və Səudiyyə Ərəbistanından bir klub maraqlanmışdı, lakin futbolçu "Barselona"da qalmaq istəmişdi. "Mançester Yunayted" onun fikrini dəyişməyə ümid edir.

Fermin Lopes ötən mövsüm La Liqada 28 oyun keçirib və 6 qol vurub.

Xəbər xətti