"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibləri bəlli olacaq

11:18 - 4 Avqust 2025

Bu gün Nyonda (İsveçrə) Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off püşkatma mərasimi keçiriləcək.

Sportal.az xəbər verir ki, təsnifat mərhələsinin 3-cü mərhələsində Şimali Makedoniya “Şkendiya”sı ilə qarşılaşacaq “Qarabağ”ın da potensial rəqibi müəyyənləşəcək.

Püşkatmada Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin potensial rəqibləri aşağıdakı komandalardan biri ola bilər: “Bodo-Qlimt” (Norveç), “Seltik” (Şotlandiya).
Həmçinin III təsnifat mərhələsinin cütlüklərinin qalibləri:

"Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka) 
"Lex”(Polşa) - “Srvena Zvezda” (Serbiya) 
 "Ludoqorets” (Bolqarıstan) – “Ferensvaros” (Macarıstan)

Püşkatma saat 14:00-da başlayır.

Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off oyunları 19/20 və 26/27 avqust tarixlərində keçiriləcək.
Həmin gün, saat 15:00-da elə həmin məkanda Avropa Liqasının pley-off püşkatması da keçiriləcək. 
“Qarabağ” “Şkendiya”ya məğlub olacağı təqdirdə, aşağıdakı komandalardan biri ilə qarşılaşacaq: 

"Yanq Boyz" (İsveçrə)
"Panatinaikos" (Yunanıstan) - "Şaxtyor" (Ukrayna)
ÇFR Kluj (Rumıniya) – “Braqa”(Portuqaliya)
PAOK (Yunanıstan) - “Volfsberq” (Avstriya), “Fredrikstad” (Norveç) – “Midtyulland” (Danimarka)
AEK (Kipr) – “Legia” (Polşa)
FKSB (Rumıniya) – “Drita” (Kosovo)
“Servette” (İsveçrə) – “Utrext” (Hollandiya) Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin məğlubu da “Qarabağ”ın potensial rəqibidir:
“Malmö”(İsveç) – “Kopenhagen”(Danimarka)
“Lex”(Polşa) – “Srvena Zvezda”(Serbiya)
“Ludoqorets”(Bolqarıstan) – “Ferentsvaroş”(Macarıstan)

Avropa Liqasında təsnifat mərhələsinin pley-off oyunları avqustun 21 və 28-də keçiriləcək.
 

Xəbər xətti