"Şkendiya" yaxşı komandadır, amma "Qarabağ"ın mərhələ adlayacağına çox inanıram"

20:22 - 3 Avqust 2025

"Qarabağ"ın sabiq üzvü Danilo Diaş Sportal.az saytına açıqlamasında Ağdam klubunun Çempionlar Liqasında uğurlu çıxışından danışıb.

Sportal.az xəbər verir ki, braziliyalı veteran futbolçu Azərbaycan çempionunun ÇL-in 2-ci təsnifat mərhələsində “Şkendiya”nı keçmək şanslarını dəyərləndirib:

"Qarabağ”ı hər zaman izləyirəm, həm liqada, həm də avrokuboklarda. Onlara həmişə inanıram. “Qarabağ” “Şelburn”la görüşlərdə keyfiyyətini və təcrübəsini ortaya qoydu. Növbəti rəqib “Şkendiya”dır. Hazırda futbolda asan rəqib yoxdur, “Şkendiya” da yaxşı komandadır. Lakin təbii ki, “Qarabağ”ın mərhələ adlayacağına çox inanıram, onlar hər iki görüşdə də qalib gəlməyə çalışacaq və bunu edəcəklərinə inanıram.Yeni transferlərə də baxdım. Onları bəyəndim. “Qarabağ”a xeyir verəcəyinə çox inanıram".

Mirbağırağa

Xəbər xətti